Qızının soyadını Allah qoymaq istədi, amma...

27 Mart, 2017 11:30 | Həyat Tərzi | Baxış sayı: 248
ABŞ-da yaşayan müsəlman
ABŞ-da yaşayan müsəlman

Amerikalı cütlük məhkəməyə müraciət edib

ABŞ-ın Corciya ştatında ailələrdən biri iki yaşlı qızına Allah soyadını qoymaq istəyib. Bunun üçün Elizabet Hendi və Bilal Uolk cütlüyü müvafiq dövlət qurumuna müraciət etsə də, rədd cavabı alıb.

İstiPress-in məlumatına görə, ailəyə bildiriblər ki, ştatın qanunlarına əsasən qıza ya ata-anasının soyadı qoyula, ya da ölkə ənənələrinə uyğun başqa soyad seçilə bilər.

Rədd cavabı alan ailə məhkəməyə müraciət edib. Əgər məhkəmə ailənin xeyrinə qərar çıxarsa, qızın adı Zaliha İzyaşnaya Lorrayna Allah olacaq.

Türkiyədə də analoji hadisə baş verib. Fevral ayının ortalarında ailələrdən biri övladına “Evet” adını verib. Bu ad aprelin 16-da keçiriləcək konstitusiyaya dəyişikliklə bağlı referenduma görə qoyulub.

Ötən ilin yay aylarında isə misirli jurnalist və tərcüməçi Moamen Muxtar Rusiya prezidentinin şərəfinə oğlunun adını Vladimir Putin qoyub.