93 yaşlı kişi ata oldu

27 Fevral, 2019 11:50 | Həyat Tərzi | Baxış sayı: 218
Körpə
Körpə

Keçmiş dəmirçinin 42 yaşlı həyat yoldaşı uşaq dünyaya gətirib

İtaliyada tibb aləmində nadir hesab edilə biləcək hadisə baş verib. 93 yaşlı kişi ata olub. Onun 42 yaşlı həyat yoldaşı övlad dünyaya gətirib. Körpə Müqəddəs Valentin- Sevgililər günündə hər hansı bir çətinlik olmadan dünyaya gəlib.

Həmin gün 42 yaşlı qadın doğuş sancısı ilə xəstəxanaya gəlib. Bu yaşda qadının ana olması heç kimə qəribə gəlməyib. Belə ki, artıq Avropada irəliləyən yaşlarda hamilə qalmaq adət halına düşüb.

Lakin körpənin atası ilə tanışlıq zamanı gəldikdə hər kəs sözün əsl mənasında şoka düşüb. Bir əsrə yaxın olan atanı görən hər kəs təəccübünü gizlədə bilməyib. Əvvəlcə hər kəs bunu zarafat kimi qəbul edib. 

Məlumata görə, 1925-ci ildə anadan olan kişi tamamilə gümrah görünüb. O, deyib ki, qanuni həyat yoldaşı ilə uzun müddət evlidir və hamiləlik təbii yolla baş tutub. 

Əslən Mərakeşdən olan qadın ilə keçmiş dəmirçi 2015-ci ildə ailə qurub.