Acı bibər yemək üçün 4 səbəb

26 Dekabr, 2019 12:53 | Həyat Tərzi | Baxış sayı: 244
Acı bibər
Acı bibər

Gündə 2 ədəddən çox yemək olmaz

Dünya mətbəxində geniş istifadə edilən, yeməkləri dada gətirən acı bibərin sağlamlıq üçün faydaları olduğunu bilirdiniz? Tərkibindəki beta karoten, C vitamini, antioksidanlar sayəsində metobolizmanı sürətləndirmək, xərçəngdən qorunmaq istəyənlərə kimi hər kəs ondan rahatlıqla istifadə edə bilər. İstiPress acı bibərin 4 ən önəmli faydası ilə sizi tanış edir. 

Pis xolestrolu salır 
Bibər xolesterolun bədəndən atılması üçün önəmli olan turşularının ifrazını artırır. 

Metabolizmanı sürətləndirir
Bağırsaqları işlədir, qəbzliyin önünü kəsir. Çəkisinə nəzarət etmək istəyənlərin də işini bu sayədə asanlaşdırır. Gündə 2 ədəddən çox istifadəsi məsləhət görülmür. 

İmmun sistemini gücləndirir
Tərkibindəki beta karoten sayəsində xərçəngdən mühafizə edir, bədənin davamiyyətini artırır. Yəni xəstəliklərdən qoruyan çətir rolunu oynayır. 

Ağrını azaldır
Təsirli ağrıkəsizci effektə malikdir. Buna səbəb isə ona qırmızı zəngini verən kapsaisin adlı maddədir. Bu maddədən əldə edilən kremlərdən oynaq, əzələ ağrıları zamanı da geniş istifadə edilir. 

Bu halda istifadə etməyin
Bir çox faydası olsa da acı bibərdən istifadə bəzən sizə ziyan da vura bilər. Məsələn, acı bibər mədə yanması, yara kimi problemləri olanların uzaq dayanması gərəkən məhsuldur. 

Acı bibər
Acı bibər