Yeni ildə süfrədə nə olsun?

26 Dekabr, 2016 17:40 | Həyat Tərzi | Baxış sayı: 88
Yeni il süfrəsi
Yeni il süfrəsi

Beş gündən sonra daha bir ili geridə qoyuruq. 2017-ci ilin başlamasına sayılı günlər qaldığı bir zamanda İstiPress oxucularını müxtəlif ölkələrin bir-birindən maraqlı adətləri ilə tanış edir. 

Bu il süfrəmizdə nə olmalıdır? Fərqli mədəniyyətlərin nümayəndələri Yeni ilin uğurlu olması üçün süfrələrini müxtəlif məhsullarla bəzəyirlər. 

Yaponiya 

Dünyanın ən uzunömürlü xalqalarından biri hesab edilən yaponlar uzunömürlülük üçün yeni il gecəsi noodle (əriştə) yeyirlər. Əriştə bişirərkən əsas diqqət yönəltməli olduğunuz məqam isə onun qırılmaması və uzun qalmasıdır. 

ABŞ

Amerikalılar yeni il süfrəsində qarğıdalı unundan olan çörəyə yer verirlər. Bu undan hazırlanan çörəyin qızıl sarısı olduğu üçün zənginlik gətirəcəyinə inanılır. 

Norveç

Süfrədə mütləq südlü puddinq olur. Puddinqlərdən birinin içində badam gizlədilir. Badamı tapanın yeni ildə daha şanslı olacağına inanırlar.

Polşa

Polşalılar yeni ildə rifah gətirdiklərinə inandıqları ringa balığını süfrədə görmək istəyirlər. 

İspaniya

İspanlar gecə yarısı olanda düz 12 gilə üzüm yeyirlər. Əgər yeməsələr yeni il pis keçəcəyinə inanırlar.

Almaniya

Zənginlik gətirdiklərinə inandıqları üçün kələm turşusu süfrəni bəzəyir. 

İtaliya

İtalyanlar qızılı xatırlatdığı üçün mərciyə süfrədə yer verməyə çalışırlar.

Filippin

Onlar bayram günü portağal, qarpız, alma kimi 12 yuvarlaq məhsulu süfrədə görmək istəyirlər. Onlar yuvarlaq meyvələrin şans gətirdiyinə inanırlar.