Xərçəngə ən çox yoluxan qan qrupu

26 Noyabr, 2019 11:10 | Həyat Tərzi | Baxış sayı: 482
Qan qrupu
Qan qrupu

Ən dözümlü qrupun da adı açıqlanıb

İsveç alimləri xərçənglə bağlı daha bir apaşdırmanın nəticələrini elan ediblər. Karolin institutunun elm adamları bu xəstəlik ilə qan qrupu arasındakı əlaqəni müəyyən etməyə çalışıblar. 

Bunun üçün onlar 25 il ərzində minlərlə insanın tibbi kartını yoxlayıblar. Nəticədə məlum olub ki, əsrin ən qorxulu xəstəliyinə tutulanlar arasında II qan qrupuna sahib olan insanların sayı daha azdır. Bu qrupun sahibləri daha çox sağlam həyat tərzi keçirir və zərərli vərdişlərdən imtina edirlər. 

Ən zəif isə birinci qrup qanı olanlardır. 

Alimlər düşünürlər ki, qan qrupu orqanizmin toksinlər, virus və bakteriyalardan müdafiəsinin xüsusiyyətlərini aydınlaşdırır. Qan qruplarına görə xərçəngin növləri arasında da fərq var. Belə ki, ikinci qrup qana sahib olanlar arasında daha çox mədə, üçüncü və dördüncü qrupda mədəaltı vəz xəstəlikləri riski çoxdur. 

Bununla yanaşı onlar qorxulu xəstəliklərin yaranmasında həyat tərzinin rolunun da böyük olduğunu deyiblər. Siqaret və içkidən imtina etməklə xəstəlik riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.