USM yalan dedi - 2 başlı uşaq doğuldu

26 Noyabr, 2019 09:15 | Həyat Tərzi | Baxış sayı: 219
hhh
hhh

Körpəni görən ana özündən getdi

Hindistanda yeni doğulan körpəni görən həkimlər, eləcə də valideynlər sözün əsl mənasında şoka düşüblər. Belə ki, bu ölkədə bir bədəni iki başı olan oğlan doğulub. İki başlı körpəni 25 yaşlı Çasvant Sinqxlə evli olan 21 yaşlı Babita Axirvar adlı qadın dünyaya gətirib. 

Cütlük hamiləlik ərzində bir neçə dəfə ultrasəs müayinəsində olublar. Lakin onlara ana bətnindəki uşaqların əkiz, körpələrin sağlam olduğu, heç bir problem görmədiklərini deyiblər. 

Amma doğuş zamanı hər şey fərqli olub. İki başlı uşağı görən ana hətta özündəndə gedib. Siam əkizləri bütün orqanlarını o cümlədən bədənlərini bölüşüblər.

İndi uşaqları başqa xəstəxanaya müalicə üçün yönləndirməyə hazırlaşırlar. Lakin gənc ata onun bahalı müalicə xərclərini qarşılamaq üçün vəsaitinin olmadığını deyib. Buna baxmayaraq o körpələrdən imtina etmək iyyətində də deyil. "Bu mənim uşaqlarımdır. Onları olduqları kimi tərbiyə edəcək.