Quranı yandırmaq istəyən şəxsə uçan təpik VİDEO

26 Noyabr, 2019 13:51 | Həyat Tərzi | Baxış sayı: 528
Qurani Kərimi yandıran şəxs
Qurani Kərimi yandıran şəxs

Müsəlman gənc qəhrəman oldu

Norveçdə "Qurani Kərimi" yandırmaq istəyi kişiyə baha başa gəlib. Onun müsəlman bir gəncin uçan təpiyi ilə nə baş verdiyi anlamağa belə vaxtı olmayıb. 

Ötən həftə Kristiansand şəhərində "Norveçdə İslamlaşmanı dayandır" qrupu tərəfindən bir aksiya keçirilib. Qrupun rəhbəri Lars Thorsen  müqəddəs kitaba od vurmağa çalışıb. Bunu görən pakistanlı İlyas Umer adlı bir gənç kitabı yandıran şəxsə təpik vurub və yanan kitab onun əlindən düşüb. Baş verənlər isə hadisələri müşahidə edən norverçlinin kamerasına həkk edilib. 

Hadisədən sonra müsəlman gənc saxlanılıb. Bundan sonra sosial mediada onun azad edilməsi üçün kampaniyalar başlayıb. Bu addım öz nəticəsini verib və pakistanlı gənc azad edilib.

Müqəddəs kitabın yandırılmasına ən sərt reaksiya Umerin qəhrəman kimi qəbul edildiyi Pakistandan gəlib. Bu ölkədə Norveçin bayraqlarına od vurulub. XİN baş verən hadisə ilə bağlı açıqlama verib. Açıqlamada deyilir ki, bu mənfi hadisə Palistandakı müsəlmanlar başda olmaqla, 1 milyarddan çox müsəlmanı incidib.