Dünyanın ən bahalı "kablok"u

26 Sentyabr, 2018 10:33 | Həyat Tərzi | Baxış sayı: 105
Ən bahalı ayaqqabı
Ən bahalı ayaqqabı

Dubaya gedən turistlər qızıl və briliyantla bəzədilən ayaqqabını görə biləcək

Dünyanın ən bahalı ayaqqabısı - bu ifadəni eşidən insanların ağlına gələn məbləğ sizcə nə qədər ola bilər? Nə az, nə çox - düz 17 milyon dollar. Məsələ ondadır ki, hündürdabaq qadın ayaqqabısı qızıldan və briliyantlardan hazırlanıb.

Artıq Dubaya səyahət edən turistlər bu bahalı qadın aksesuarını öz gözləri ilə görə biləcəklər. 

Ayaqqabını hər birinin çəkisi 15 karat olan iki iri briliyant bəzəyir. Kənarlarında isə 236 kişiç ölçülü qaşlar bərq vurur. 

Bu bahalı ayaqqabılar bu gündən "Burj Al Arab"də zərgərlik məhsulları, o cümlədən ayaqqabılarla birlikdə sərgilənəcək. Yeni kolleksiyada isə briliyant, safpir, yaqut, qızıl və mirvarilərlə bəzədilən başqa bahalaı ayaqqabılar da var. Onların qiymətləri on min dollarla ölçülür.