Karatay məsləhəti - qurdlu alma yeyin

26 Avqust, 2019 15:06 | Həyat Tərzi | Baxış sayı: 125
Alma
Alma

"Qurdu alma yeyin". Bu tövsiyyəni Türkiyənin ən tanınmış həkimlərindən olan Canan Karatay verib. Sağlam həyat üçün diqqət çəkən məsləhətlər verən Karatay meyvə haqqında açıqlaması ilə bu dəfə hər kəsi təəccübləndirə bilib. 

İxtisasca kardioloq olan Karatay sağlam qalmaq üçün almanı qurdlardan təmizləyərə yeməyi məsləhət görüb.

"Şəkərli qazlı içkilər çox təhlükəlidir. Hamısının tərkibində kimyəvi maddələr var. Bu zəhər bromid adlanır. Bədəndəki bütün xəstəliklərin də səbəbi bu maddədir". 

O, bir daha qeyd edib ki, xəstəliklərin ən böyük səbəbi şəkər, un və duzdur. Karatay qovun, qarpız sevənlərə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bostan bitkiləri çıxanda xəstələrin sidik turşuluğu yüksəlir.