Sürücülük vəsiqəsi üçün hicabda şəkil çəkdirməyə icazə verildi

26 Avqust, 2017 08:58 | Həyat Tərzi | Baxış sayı: 143
Hicablı qadın. Arxiv.
Hicablı qadın. Arxiv.

Braziliya məhkəməsi qərar verib

Braziliyada Rixab Avad Sad adlı sakin məhkəmə vasitəsilə sürücülük vəsiqəsində hicabla şəkil çəkdirməyə nail olub.

Globo qəzetinin yazdığına görə, qadın vəsiqənin vaxtını uzatmaq üçün şəkil çəkdirmək istəyərkən maneələrlə üzləşıb və məhkəməyə müraciət edib. 

Məhkəmə qadına "hə" cavabı verib.