Boşqabında artıq yemək saxlayan turistləri cərimə gözləyir

26 İyun, 2017 11:08 | Həyat Tərzi | Baxış sayı: 120
ikjkjnjnkjnjkkjn
ikjkjnjnkjnjkkjn

Belə bir addımı Türkiyə otelləri atıb

Türkiyədə boşqabında artıq yemək saxlayan turistlər cərimələnəcək. İstiPress xəbər verir ki, bu xüsusi ilə İsveç stolundan istifadə edənlər üçün nəzərdə tutulub.

Əgər turist ehtiyacından çox yemək seçərək onu boşqabında saxlayarsa, o zaman həmin şəxsi 10 dollar cərimə gözləyir. Vəziyyətə nəzarət etmək üçün otellərdə xüsusi olaraq mühafizə xidməti əməkdaşı da ayrılıb.