Ramazan ayında məscidin qabağında donuz qızartmaq istədilər

26 May, 2018 16:00 | Həyat Tərzi | Baxış sayı: 428
Donuz qızartması
Donuz qızartması

Avropanın mərkəzində müsəlmanlara qarşı təxribat

Hollandiyada Ramazan ayında müsəlmanların ibadət ocağı olan məscidin qarşısında donuz qızartmaq istədilər. İstiPress-in məlumatına görə, Köç və İslama qarşı olan qatı sağçı "Qərbin İslamlaşmasına qarşı Vətənsevər Avropalılar" (Pegida) adlı təşkilat Utrex şəhərindəki Ulu Məscidin önündə barbekü və donuz qızartma şənliyi keçirmək istəyiblər.

Lakin yerli bələdiyyə onların bu istəyinə mane olub. Utrex bələdiyyəsi bunun ictimai asayişin təminatı üçün təhlükəli addım ola biləcəyi qənaətinə gəlib. Dövlət idarəsi müsəlmanlar üçün müqəddəs olan bu ayda qatı sağçıların əməlini məsuliyyətsilik adlandırıb. 

İslam əlehdarlarına məsciddən uzaq bir ərazi təklif edilib. Onlar qeyd edilən məkanda toplaşa və iki saat qala biləcəklər, "Pegida" üzvlərinə açıq ərazidə alov yandırmaq, barbekü etmək qadağan ediləcək. Sərt maddələrdən hazırlanan çəngə, qaşıq, bıçaq kimi məmulatların da istifadəsinə icazə verilməyəcək. 

Xatırladaq ki, bir neçə gün öncə Belçika bənzər hadisə baş verib. Qatı sağçı VB partiyası Deurne şəhərində donuz qızardıb. Bu tədbirdən olan görüntülər #Ramazan haştaqı ilə "Twitter"də paylaşılıb.