İlham Əliyevin nəvəsi Rusiyanın ən məşhur aşpazı ilə VİDEO

26 May, 2018 11:25 | Həyat Tərzi | Baxış sayı: 267
Leyla Əliyeva övladları ilə
Leyla Əliyeva övladları ilə

Stalik Xankişiyev Bakıya gəldi və...

Leyla Əliyeva oğlu Əli ilə birlikdə Rusiyanın məşhur kulinariya verilişinə çəkilib. İstiPress-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva, oğlu Əli və məşhur aşpazın video görüntüləri gənc xanımın "İnstagram" səhifəsində yerləşdirilib. 

Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov tanınmış rusiyalı aşpaz Stalik Xankişiyev ilə müsabiqə keçirəcək. Müsabiqə Azərbaycan yeməklərinin hazırlanması üzrə təyin edilib və orada Rusiyada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak edə biləcək. S.Xankişiyev Əli ilə birlikdə qalibi seçəcək. Daha sonra seçilən şəxsə Azərbaycan gəzintisi hədiyyə ediləcək. 

Qeyd edək ki, prezident nəvəsi mətbəx sevgisi ilə seçilir. Əli mətbəxdə çəkilən bir neçə videosunu müntəzəm olaraq sosial şəbəkələrdə paylaşıb.