Bu məhsulu il boyu yemək lazımdır
Xurma Ramazan ayının şübhəsiz ən çox sevilən, istifadə edilən məhsullarındandır. İbadətlə məşğul olanlar həm imsak, həm də iftarda onunla qidalanırlar. Əslində xurma sadəcə Ramazan da deyil, bütün il boyu süfrəmizdən əksik olmaması gərəkən məhsuldur. Bunun üçün səbəblər çoxdur.
1. Xurmanın lif tərkibi yüksəkdir. Yəni o mədədə yer tutaraq uzun müddət toxluq hissi yarada bilir. Bu liflər həm də xərçəngin bir çox thlükəli növündən qoruyur. Müntəzəm olaraq bu məhsuldan istifadə xəstəlik riskini də azaldır.
2. Tərkibindəki antioksidantlar sayəsində damar tıxanıqlılığı və ürək problemlərinin qarşısını alır. Bədəni zərəli bakteriyalardan təmizləyir. Yaşlanmadan qaynaqlanan xəstəliklərin də meydana çıxma sürətini minimuma endirir.
3. hüceyrələri yeniləyir və bu sayədə dərimiz daha gənc, təravətli görünür. Dərinin ehtiyacı olan nəm balansını bərpa edir. Xurmanı başqa meyvələrdən fərqləndirən cəhət onun qaldıqca antioksidant dəyərini artırmasıdır. Başqa meyvələri uzun müddət saxladıqda onlar xarab olur.
4. Xurma yaxşı ara qidasıdır. Xüsusi ilə qatıqla və ya 5-6 badamla birlikdə 4-5 ədəd qəbul etsəniz axşam yeməyində özünüzə daha yaxşı nəzarət edə bilərsiniz.
5. Xurmanın tərkibində dəmir boldur. Bu isə qanda hemoqlabini artırır. Nəticədə qan azlığı azalır. B2 və B3 vitamini qırmızı qan hüceyrələrini artırır. Qan azlığındna əziyyət çəkənlər gündə 5 ədəd xurma yeməklə dəmir ehtiyaclarını qarşılaya bilərlər.
6. Ürəyin sağlam çalışması üçün əvəzsizdir. Qan şəkərini, ürək ritmlərini tənzimləyir.
7. Bir xurmada təqribən 20 kalori var. Bunun üçün də kaloriyə nəzarət etmək lazımdır. Bir dəfəyə 3-dən artıq xurma yemək məsləhət deyil.