Məryəm 44-cü uşağını doğdu, əri evdən qaçdı FOTOLAR

26 Aprel, 2019 11:59 | Həyat Tərzi | Baxış sayı: 330
Məryəm Nabatanzinun uşaqlarının bir hissəsi
Məryəm Nabatanzinun uşaqlarının bir hissəsi

12 yaşında ərə gedən qadın

Afrikalı qadın 44-cü övladını dünyaya gətirdi. İstiPress-in məlumatına görə, 39 yaşlı Uqandadan olan Məryəm Nabatanzi 12 yaşı olanda ailə qurub. O, dünyanın "ən çox uşaq dünyaya gətirən qadını" adına da sahibdir. Onun övladlarından bir neçəsi əkiz və ya üçəmdir. 

Onun bütün uşaqlarının atası isə bir adam - yəni özünün həyat yoldaşıdır. 

Bir neçə uşağı dünyaya gəldikdən sonra Məryəm artıq hamilə qalmamağa qərar verib. Lakin həkimlər kontrasepsiya vasitələrinin ona əks göstəriş olduğunu deyiblər. Bu vasitələr onun sağlamlığında problemlər yaratmağa başlayıblar. 

Qadın 23 yaşında 25-ci övladını dünyaya gətirib. Bundna sonra yenidən arzuolunmaz hamiləlik üçün həkimə gedib. Bu dəfə də o həkimlərdən gözlədiyi cavabı ala bilməyib. Yumurtalıqlaçrın çox fəal olan qadın üçün qorunma yolları təklif edilməyib. 

Ən son 2,5 il öncə hamilə qalan qadının həyatında da problemlər yaranıb, onun əkizlərindən biri ölüb, böyük ailədən bezən əri də evi tərk edib. Ata-anası da artıq ona kömək etməkdən imtina ediblər. 

44 övladını saxlamaq üçün fədakar ana müxtəlif işləri görür. Böyük övladı da anasına kömək etmək üçün məktəbi atıb. 

Dünya Bankının məlumatına görə, Uqandada hər ailəyə 5-6 uşaq düşür.