Çörəyin içində insanı şəkər edən maddə tapıldı

26 Aprel, 2019 10:00 | Həyat Tərzi | Baxış sayı: 272
Çörək
Çörək

Bu maddə hormon balansını da pozur

Hamının evində hər gün istifadə etdiyi çörəyin tərkibində qorxulu maddə tapılıb. Bu maddə insanda diabet - şəkər xəstəliyinin yaranmasına yol açır. Harvarddakı ictimai sağlamlıq məktəbinin bir qrup alimi apardıqları araşdırmanın nəticəsindən sonra bunu açıqlayıblar. 

Mütəxəssislərin sözlərinə görə, mayalanmada istifadə edilən propionat hormonal pozğunluğa səbəb ola bilir. Bu maddəni siçanların orqanizminə yeridiblər. Bu isə qlükanol, noradrenalin, FABP4 kimi hormonların kəskin artımına yol açıb. Bundan başqa gəmiricilərin ciyərlərində qlükoza səviyyəsi də artıb. Bu isə şəkərli diabetə gedən yoldur. 

Alimlər sağlam insanlar üzərində də təcrübə aparıblar. Belə ki, 7 könüllü qida ilə yanaşı 1 qram propionat qəbul edib. Nəticədə bəlli olub ki, hormon balansı tənzimlənmədiyi üçün onlarda metebolizma da pozulur.