Dünyanın ən məşhur həkimi - Koronavirusdan qorunmaq üçün 8 addım

26 Mart, 2020 11:38 | Həyat Tərzi | Baxış sayı: 540
Sarımsaq
Sarımsaq

"Hamımız gec və ya tez bu virusa yoluxacağıq"

ABŞ-da yaşayan dünyanın ən məşhur həkimlərindənm biri, əslən Türkiyədən olan cərrah Mehmet Öz dünyanı cənginə alan virusdan qorunmaq üçün 8 tövsiyyə verib.

Dünyanın ən aparıcı kardioloqlarından olan Öz bu virusdan qaçışın olmadığını deyib. "İstinasız hərbirimiz ona yoluxacağıq. Amma bu nə qədər gec olarsa bir o qədər yaxşıdır. Peyvəndi tapılsa belə mutasiyaya uğrayanda iynə təsirini itirəcək. Qrip poeyvəndləri də belədir. Sizi ancaq keçmiş illərin viruslarından qoruyurlar. Yenilərinən yox. Tam qoruma hər zaman bizim öz immun sistemimizdir.

Bəlkə də bir çoxumuz bu virusa yaxalanmışıq, amma fərqinə varmamışıq. Bədən virusla yaşamağa çoxdan alışıb və ya virus həmin bədəndə yaşaya bilmədiyi üçün başqa yerə keçib". 

Mehmet Öz insanların sağlamlıqlarının öz əllərində olduğunu deyib. Bunun üçün isə bəsit 8 tövsiyyəyə riayət etmək kifayətdir. 

1. Özünüzü karantinə alın. Virusla ən gec təmas edən ən şanlılardan olacaq. 

2 - Gigiyena - mümkün qədər təmizliyə diqqət edin. 

3 - Meyvə və tərəvəz yeyin. 

4 - İmmun sistemini gücləndirən sarımsaq, kefir, qatıq kimi məhsullarla qidalanın. 

5 - Əlavə vitaminlər qəbul edin. Məsəln, B qrupu, Sink, C vitamini və s. 

6 - Hərəkət edin və evdə idman edin. 

7 - Siqareti atın. 

8 - Bol su için.