Dronlar model oldu FOTOLAR

26 Fevral, 2018 15:26 | Həyat Tərzi | Baxış sayı: 176
Yeni kolleksiyanın nümayişi
Yeni kolleksiyanın nümayişi

"Dolce & Gabbana" kolleksiyasında ilk

Milanda keçirilən moda həftəsində qeyri-adi nümayiş baş tutub. İstiPress-in məlumatına görə, "Dolce & Gabbana" bu dəfə canlı modelləri robotlarla əvəz edib. Brendin yeni çanta kolleksiyasını dronlar təqdim edib.

Kolleksiyanı izləməyə gələn qonaqlardan müvəqqəti olaraq Wi-Fi şəbəkəsindən ayrılmaq xahiş edilib. Bundan sonra podiuma uçan aparatlar çıxıb. Onlar 2018-2019 payız-qış kolleksiyasının ən kiçik ölçülü çantalarını nümayiş etdiriblər. 

"Fashion Devotion" kolleksiyasının çantaları İntibah dövrünün mələklərindən ilham alınaraq yaradılıb. Tam obrazlarda isə parlaq eynəklər, disko stili, zebra kürklər və s var. Bütün kolleksiya iri daş-qaşla, nəhəng aplikasiya, lələklərlə bəzədilib.