Varlılar siyahısında neçənciyik?

26 Yanvar, 2017 20:34 | Həyat Tərzi | Baxış sayı: 281
Varlılar siyahısında neçənciyik?
Varlılar siyahısında neçənciyik?

Bu sayt varlı olub olduğumuzu bizə deyəcək

Siz əldə etdiyiniz gəlirlə dünya sıralamasında neçənci olduğunuzla heç maraqlanmısınızmı? İstiPress xəbər verir ki, Global Rich List, sizə bu mövzuda kömək edən bir web saytdır.

Sayta daxil olduğunuz zaman qarşınıza sadə bir interfeys çıxır. Sol hissədəki "income” yazılı hissəyə daxil olduğunuzda əvvəlcə "select location”dan istədiyiniz ölkə və valyuta-nı seçin (Azərbaycan və AZN olmadığı üçün USD-dən istifadə edə bilərsiniz) Daha sonra da alt hissədə illik gəlirinizi yazmalısınız. Ən son isə "Show my results”, yəni nəticələrimi göstər qisminə daxil olaraq dünya sıralamasında neçənci yerdə olduğunuzu görə bilərsiniz.