Azərbaycan kababçıları ermənilərlə bir məkanda

26 Yanvar, 2017 12:39 | Həyat Tərzi | Baxış sayı: 102
Kabab
Kabab

Qroznıda "Kabab" festivalı olacaq

Azərbaycan kababları Qroznıda təqdim ediləcək. İstiPress-in məlumatına görə, aprel ayaının 22-də adıçəkilən şəhərdə turizm və aktiv istirahət festivalı "Kabab-mabab" festivalı olacaq.

Rusiya Turizm İdarəsinin məlumatına görə, bu səyahətçi-qurmanlar üçün xüsusi bir festival olacaq. Belə ki, festivalda turistlər müxtəlif xalqların ət hazırlamaq ənənələri ilə tanaış olacaqlar. Festivalda Çeçenistan ilə yanaşı, İran, Azərbaycana, İspaniya, Gürcüstan, Bolqarıstan, Serbiya,Ermənistandan olan aşpazlar öz bacarıqlarını nümayiş etdirəcəklər. 

Turistlər bişirilən ətləri dequstasiya edəcək, qril və manqalda ət bişirmə master klasları alacaq, müxtəlif yarışlarda iştirak edəcəklər. 

Qeyd edək ki, daha öncə adıçəkilən festivalın ötən ilin oktyabrında keçirilməsi planlaşdırılırdı. Amma açıqlanmayan səbəblərə görə vaxt dəyişdirilib.