Konqolu gənc modelyer kağızdan hazırladığı paltarlarla məşhurlaşıb (VİDEO)

25 Noyabr, 2016 00:59 | Həyat Tərzi | Baxış sayı: 20
Konqolu gənc modelyer kağızdan hazırladığı paltarlarla məşhurlaşıb
Konqolu gənc modelyer kağızdan hazırladığı paltarlarla məşhurlaşıb

O, bu istedadı ilə müştərilər də qazanıb

Konqolu gənc kağızdan paltarlar hazırlamaqla öz ölkəsində məşhurlaşıb. İstiPress BBC-yə istinadən xəbər verir ki, Kinşasada yaşayan həvəskar modelyer Sedrik Mbenqe özü də belə paltarlar geyinir.

Onun sözlərinə görə, dünyaşöhrətli modelyerlərin dəbi ilə uyğunlaşmaq onun çoxdankı arzusu olub. Buna görə də özü həmin dəblərə uyğun olaraq geyimlər hazırlamaq qərarına gəlib və bununla da zövqlü görünməyə çalışıb.

Sedrik Mbenqe bu bacarığı ilə o qədər populyarlaşıb ki, onun hazırladığı bəzi geyim nümunələri modanın paytaxtı sayılan Parisdə də sərgilənib.