Burnu, gözləri olmayan uşaq doğuldu - həkim işdən qovuldu

25 Oktyabr, 2019 11:17 | Həyat Tərzi | Baxış sayı: 223
Əməliyyat
Əməliyyat

Ginekoloq 9 ay anomaliyaları görə bilməyib

Portuqaliyada burnu, gözləri və kəllə sümüyü olmayan körpə doğulub. Doğuşdan dərhal sonra hamilə qadının həkimi Artur Karvalho işdən çxıarılıb və onun haqqında polis istintaqa başlayıb. Buna səbəb isə onun səhlənkarlığı olub.

Rodriqo adı verilən körpə oktyabrın 7-də, paytaxt Lissabon yaxınlığındakı "São Bernardo" özəl xəstəxanasında dünyaya gəlib. Həkimlərin onun cəmi bir neçə saat yaşayacağını deyiblər. Amma Rodriqo hələ də həyatdadır. 

Doğuşa kimi onun anası müntəzəm olaraq həkim nəzarətində olub, ultrasəs müayinəsindən keçib. Lakin 9 ay ərzində həkim ona bir dəfə də olsa körpənin sağlamlığında problem olduğunu deməyib. 

Həkim Karvalho ata-anaya uşağın sağlamlığı ilə bağlı narahatlıq doğuran hər hansı məqam olmadığını deyib. O, hətta ananın bəzi narahatalıqlarına belə diqqət yetirməyib. 

Portuqaliya Tibb Dərnəyinin səhlənkarlıqla ittiham edilən həkim haqqında araşdırma başlayıb. 

Həkim haqqında daha öncə də şikayətlərin olması, gözlri, burnu, baş sümüyü olmayan uşağı vaxtında görə bilməməsi haqqında xəbərlər isə ölkədə ciddi narazılığa səbəb olub.