20 il ofis işinin qorxulu nəticəsi VİDEO, FOTO

25 Oktyabr, 2019 14:20 | Həyat Tərzi | Baxış sayı: 114
Emma
Emma

Mütəxəssislər oturaq həyatın vurduğu ziyanın canlı nümunəsini yaratdılar

20 il oturaq şəraitdə çalışan insanı nə gözləyir? Bu sualın cavabını britaniyalı mütəxəssislər əyani şəkildə cavablandırmağa çalışıblar. Mütəxəssislər 20 il ofis şəraitində çalışan qadının modelini yaradıblar. Bununla da onlar oturaq, hərəkətsiz həyat tərzinin insan orqanizminə ziyanını "canlı" şəkildə nümayiş etdirməyə çalışıblar. Model "Emma" adlandırılıb.

Mütəxəssislər Fransa, Almaniya, Britaniya kimi ölkələrdə minlərlə offis işçisi arasında sorğu keçiriblər. Onların ən çox rast gəlinən şikayətlərini müəyyən ediblər. Bunlar arasında isə bel, göz ağrısı, miqren daha çox olub. Bundna başqa çəki artımı, görmənin korlanması, bədənin deformasiyası da oturaqlığın səbəb olduğu fəsadlar arasında olub. 

Nəticədə gələcəyin həmkarı adlandırılan "Emma" ortaya çıxıb. Emma mum fiqurdur. Onun boyun nayihədən bədəni deformasiya olub, göləri qızarıb, əzələləri boşalıb, çəkisi artıb, dərisi sarımtıl solğun rəngə düşüb.  Havalanması zəif olduğu üçün isə qulaqları və burnunda istənməyən tüklər meydana çıxıb.

İndi elm adamları əməyin mühafizəsi üzrə mütəxəssislərlə birlikdə gələcəkdə Emma kimi olmamaq üçün həm işverənləri, həm də çalışanlara daha aktiv həyat tərzi keçirməyə çağırırlar.