Gecə bunu yeyin, gündə yarım kq atın - FOTO

25 İyul, 2017 14:32 | Həyat Tərzi | Baxış sayı: 554
Qatıq
Qatıq

Bəzən arıqlamaq bahalı pəhrizlər, məşqlər hesabına başa gələ bilər. İstiPress sizə çox ucuz başa gələn, heç bir əlavə zəhmət tələb etməyən və bir o qədər də ləzzətli olan pəhrizləri təqdim edir: 

Soğan suyu 
Soğanı bişən yeməklərdə geniş şəkildə istifadə etsək də, təəssüf ki, qoxusuna görə çiy formada elə də çox faydalana bilmirik. Artıq bu dərd yoxdur. Soğan suyu bədəndən toksinləri atmağa kömək edir. 1 litr suya iki soğanı 4 yerə bölərək atın və 5 dəqiqə qaynadın. İliq halda yeməkdən öncə için. Ən yaxşı nəticəni almaq üçün 6-8 həftə içmək lazımdır. Suyu təzə halda içmək lazımdır, bir gün belə gözlənilən məhluldan istifadə məsləhət görülmür. 

Limonlu qatıq 
Təmiz mineral su, yağsız qatıq və bir limonun suyu. Bəlkədə arıqlamaq üçün ancaq bu məhsullara ehtiyacın var? Bu qarışım xüsusi ilə qarın və bud nahiyəsindəki yağları əritmək üçün faydalıdır. 1 kasa qatıq, 1 limonun suyu və 1 şüşə suyu yaxşı-yaxşı qarışdırıb səhərlər ac qarına için. 

Gündə yarım kq arıqladan qatıq 
Qatıq ən yaxşı pəhriz məhsullarının başında gəlir. Zəncəfil və darçınla birləşəndə isə gücü birə-beş artır. Bu məhsuldan gecə yatmamışdan öncə istifadə etmək məsləhətdir. Çünki orqanizm gecələr daha yaxşı yağ yandırır. Toz halındakı zəncəfil, darçını bir kasa qatıqla qatın. Yatmamışdan 3-4 saat öncə qəbul edin. Yatana qədər isə azı 3 stəkan suyu az-az için. Həftədə iki dəfə bu məhluldan istifadə edin. Hamilə qadınlar və süd verən analara məsləhət görülmür. 

Yağ yandıran çay 
Bir qaşıq hibisküs çayı, 1 qaşıq nanə, 1 qaşıq qara istiot və yarım litr isti suyu 5 dəqiqə dəm aldırın. Ac və ya tox olarkən çayı qəbul edin. Çayı hər gün təzə-təzə içmək məsləhətdir. Süd verən analara məsləhət deyil. 

Acı istiotlu məhlul
Bizə lazım olan 3 qaşıq qırmızı pul bibər, 3 limon suyu və 3 stəkan isti sudur. Məhsulları bir qabda qarışdırın və gün nahardan sonra 3 stəkan için. 

Xurmalı qatıq
Xurma tərkibindəki təbii şəkər sayəsində nəinki arıqladır, həm də bir çox xəstəliklərdən də qoruyur. Bu meyvə şirniyyat istəyini azaldır. Xüsusi ilə qatıqla birlikdə. Üç ədəd orta ölçülü xurma, 1 kasa qatıq və 1 çay qaşığı darçın. Toxumu çıxardığınız xurmaları xırda-xırda doğrayın qatıq və darçınla qatın. Əks təsiri yoxdur. 

Qarın əridən qatıq 
4 sadə məhsulla hazırlanan bu pəhiz qidası cəmi 3 dəqiqə vaxtınızı alacaq. Bir kasa qatıq, yarım limonun suyu, 1 qaşıq nar və 1 qaşıq quru nanə. Bütün məhsulları qatıb yatmazdan 2-3 saat öncə yavaş-yavaş yeyin. Nəticəni görmək üçün ən azı 2 həftə istifadə etməlisiniz.