Dünya bu müsəlman qızdan danışdı - simvol oldu FOTO

25 Aprel, 2019 09:23 | Həyat Tərzi | Baxış sayı: 300
Şayma İsmayıl
Şayma İsmayıl

"Nifrətlə üzbəüz mərhəmət"

"Mərhəmət - inancın əlamətidir. Qəlbində mərhəmət olmayan insanın inancı da yoxdur". Müsəlman gənc qız İslama qarşı keçirilən aksiyadakı fotosunu Məhəmməd peyğəmbərin (s.ə.s) kəlamı ilə şərh edib.  

ABŞ-da, paytaxt Vaşinqtonda İslama qarşı keçirilən aksiyaların simvolu müsəlman qız olub. İstiPress-in məlumatına görə, söhbət Şayma İsmayıl adlı xanımdan gedir.

Üzündə təbəssüm olan hicablı gənc qız anti-İslam şüarlar səsləndirən, plakatlar tutan bir qrup insanın önündə çəkdirdiyi fotosunu "instagram"a yerləşdirib. Bundan sonra foto ildırım sürəti ilə yayaılmağa başlayıb. 

Hər şey 24 yaşlı qızın Vaşinqtonda keçirilən konfransdan sonra İslama qarşı çıxanlara yaxınlşaması ilə başlayıb. Özü, dininə qarşı təhqirlər eşidən Şayma məyus olmayıb. Əksinə o sülh üçün jest edərək dünyanın bəhs etdiyi fotonu çəkdirib.