Bu da dünyanın ən gözəl qadını FOTO

25 Aprel, 2019 12:09 | Həyat Tərzi | Baxış sayı: 231
Ceniffer Qarner
Ceniffer Qarner

3 uşaq anasının 47 yaşı var

Amerikalı məşhur aktrisa dünyanın ən gözəl qadını seçilib. İstiPress-in məlumatına görə, belə qənaətə "People" jurnalı apardığı sorğudan sonra gəlib. Bu ada layiq görülən isə Ceniffer Qarner olub. Qarnerin fotosu jurnalın son nömrəsinin üz qabığını da bəzəyib. 

Nəşr qeyd edib ki, aktrisa film və reklamlarda çəkilməklə yanaşı öz şəxsi işinin də (orqanik məhsul istehsal edən "Once Upon a Farm") sahibidir. Bundan başqa o "Uşaqları qoruyaq" ("Save the Children") təşkilatı ilə də əməkdaşlıq edir. O özü də 3 uşaq anasıdır. 

47 yaşlı aktrisa gənclikdə özünü cazibədar və gözəl hiss etmədiyini deyib. İndi isə o adətən idman üslubunda geyinir, demək olar ki, makiyaj etməyi də bacarmır. 

2005-ci ildə o aktyor həmkarı ben Affleklə ailə qurub. Cütlük 2017-ci ildə ayrılıb. 

"People" ötən il dünyanın ən gözəl qadını kimi Pinki seçmişdi.