"Oskar"a damğa vuran donlu kişi FOTOLAR

25 Fevral, 2019 15:10 | Həyat Tərzi | Baxış sayı: 118
Billi Porter
Billi Porter

"Qırmızı xalı"nınən şıqları

Ötən gün kino aləminin ən yaxşıları "Oskar"larını qazandılar. Los Ancelesdə baş tutan gecədə yenə ən çox diqqət çəkən "qırmızı xalı" olub.  "Qırmızı xalı"ya damğa vuran isə bu dəfə kişi aktyorlardan biridir - Billi Porter.  Porter mərasimə "Christian Siriano"imzalı məxməri smokinlə qatılıb. Lakin bu smokin ənənəvi kişi geyimindən çox fərqli olub. Belə ki, kostyumun ancaq üst hissəsi olub. Şalvarı isə iri qara qabarıq ətək əvəz edib. Aktyor gecəyə "əri" Adam Smitlə gəlib. Cütlük "qırmızı xalı"da bol-bol foto çəkdirib. 

"Oscar 2019"un ən yaxşı geyinləri arasında Ledi Qaqa, Ceniffer Lopez, Şarlz Teron, Emma Stoun və s. ulduzlar olub.

Lopez "Tom Ford" geyimi ilə işıldayıb. Ledi Qaqa isə bu dəfə həmişəkindən fərqli olaraq sadəliyə üsünlük verib. Onun "Alexander McQueen"dən olan obrazını milyonlarla dollar dəyəri olan boyunbağı, sırğaları tamamlayıb. 

43 yaşlı Şarlz Teron isə gənclərə belə meydan oxuyub desək yanılmarıq. Adı bred Pitt ilə hallanan aktrisa görməyə alışdığımız sarı saçlarını da tündləşdirib. Gecədə isə mavi, kürək dekolteli geyimi ilə göz oxşayıb.

İstiPress "Oskar" gecəsinin ən dəbli və seksual xanımlarını təqdim edir: 

Ledi Qaqa
Ledi Qaqa
CeyLo
CeyLo
Emma Stoun
Emma Stoun
Şarliz Teron
Şarliz Teron
 Laura Harrier
Laura Harrier
Cennifer Hudson
Cennifer Hudson
İrina Şeyk və həyat yoldaşı
İrina Şeyk və həyat yoldaşı