"Facebook"da yenilik

25 Yanvar, 2017 21:31 | Həyat Tərzi | Baxış sayı: 117
Facebook
Facebook

Xüsusiyyət test edilməyə başladı

Son vaxtlarda daimi olaraq bir çox yenilik əlavə edən Facebook, bu dəfə də slayd xüsusiyyətini gətirir.

Daima yeniliklər ilə fərqlənməyə çalışan Facebook, yeni xüsusiyyətini də test etməyə başladı. İstiPress webtekno.com saytına istinadən xəbər verir ki, hazırda bəzi Android istifadəçilərində ortaya çıxan detallara görə, xüsusilə Microsoftun Powerpoint-i ilə bənzəyən slayd funksiyası Facebooka gələcək.

"Facebook"da yenilik
"Facebook"da yenilik

Təxminlərə görə, ən gec yaz aylarında rəsmi olaraq təqdim ediləcək olan bu xüsusiyyət ilə yer bildirişi, hisslərimiz, nə izlədiyimiz, nə yediyimiz kimi hər şeyi paylaşa bildiyimiz Facebook-da artıq slayd nümayişi də təqdim edə biləcəyik.

Beləcə, Facebook-dakı şəkillərinizi istəyirsinizsə musiqi müşayətində bir video halına gətirərək paylaşa biləcəksiniz. Xüsusilə ad günləri, ildönümləri kimi xüsusi anlarda tez-tez istifadə ediləcəyini düşündüyümüz slayd xüsusiyyətində əlavə olaraq Google Images servisi üzərindəki buluda yaddaşa verdiyiniz şəkillərdən də istifadə edə biləcəksiniz.