Yeni il gecəsinin ən cazibədarı olmağın yolları - FOTO

24 Dekabr, 2016 14:35 | Həyat Tərzi | Baxış sayı: 45
Makiyaj
Makiyaj

Yeni il partiləri ilin stressi atamaq, növbəti il üçün yaxşı enerji yığmaq üçün ən yaxşı yoldur. Bu partilərdə həm yeni dostlar qazana, həm də köhnə tanışlarla yaxşı vaxt keçirə bilərsiniz. 

Partilərin ən diqqətçəkənləri isə heç şübhəsiz ki, qadınlar olmaq istəyir. Bunun yolu asandır. Gözəl, səliqəli makiyaj və hazırsız...

Yeni il gecəsinin ən gözəli və cazibədarı olmaq üçün İstiPress bir neçə sadə makiyaj məsləhəti verir. Xırda tövsiyyələr sizi gecənin ulduzuna çevirəcək. 

Bayramın ən önə çıxan makiyaj hiyləsi parıltılı göz kölgələridir. Xüsusi ilə qızılı rəngdə olan kölgələr gözlərinizin bütün gözəlliyini ön plana çıxaracaq. 

Bürünc rəngli vasitələrdən istifadə edə bilərsiniz. Qaralmış dəri effekti verən bu üsul həm yayda, həm də qışda xilaskar rolunu oynayır. Bu makiyajda istifadə edilən bürünc rəngli göz kölgələri və ənliyi çəhrayı dodaq boyası ilə kombin etmək olar. Bu sayədə həm cazibədar, həm də daha məsum görüntü əldə etmək olar. 

Bayram partilərində yaşıl rənglərdən istifadəni də nəzərdən keçirmək məsləhətdir. Yaşıl göz kölgəsi, göz qələmi ilə seksual görünüşə qovuşmaq o qədər də çətin olmayacaq. 

Yeni il deyəndə ağla parıltı, rəngarəng işıqlar gəlir. Bunun üçün də klassik qara laynerləri zərliləri ilə əvəz edin. 

Tünd dodaq boyası yüngül makiyajla əla effekt verəcək.  Məsələn, tünd zoğalı, bənövşəyi kimi boyaları sınamaq məsləhətdir.