Ölü kimi dəfn edilmiş qadın 40 ildən sonra evə qayıtdı

24 Dekabr, 2016 21:16 | Həyat Tərzi | Baxış sayı: 190
Qanq çayı
Qanq çayı

Hindistanda 1976-cı ildən öldüyü sayılan Vilasa Devi adlı qadın bu günlərdə geri dönərək öz övladlarına baş çəkib.

İstipress «BBC»yə istinadən bildirir ki, Devinin qohumları düşünüblər ki, o, ilan sancmasından dünyasını dəyişib. Buna görə də. Qədim adətlərinə görə, onu yandırmayıblar, sadəcə Qanq çayına atıblar.

Devinin sözlərinə görə, bir neçə yüz kilometr aşağıda onu balıqçılar xilas edib. Daha sonra yerli qəbilə onu öz sıralarına qəbul edib. 

Qadın əvvəlki həyatından, o cümlədən iki dəfə ərdə olması barədə heç nə xatırlamayıb. Yeni qəbilədə o, yenə ərə gedib. Son qırx il ərzində bu yaxınlarda ilk dəfə o, öz doğma kəndlərindən olan bir qadını görüb. Bundan sonra Devinin yaddaşı yerinə qaydııb.    

Bundan sonra o, doğma kəndinə gəlib və artıq böyümüş, yaşlı adamlara çevrilmiş oğullarını və qızlarını görüb. 80 yaşlı Devinin hər üç əri artıq dünyasını dəyişib.