Xərçəng riskini azaldan payız meyvəsi

24 Oktyabr, 2019 14:36 | Həyat Tərzi | Baxış sayı: 266
Heyva
Heyva

Bu meyvə gözəlliyimiz üçün də faydalıdır

Meyvələr sağlamlığımız üçün əvəzedilməz rola malikdirlər. Heyva da onlardan biridir. Əsl vaxtı olan heyvanın faydları sayamaqla tükənməz. 

C vitamini qaynağaı olan heyva adıçəkilən vitaminə olan gündəlik ehtiyacımızın 1/4 qarşılayır. 

İmmunitetimizi gücləndirir

Xərçəng riskini azaldır. Buna səbəb isə onun antioksidantlarla zəngin tərkibidir. 

Qaz təzyiqi və xolestrolu azaldır.

Dəmir, mis, sink kimi minerallarla zəngindir. Qan dövranı sisteminin işini tənzimləyir. Yüksək dəmir tərkibi ilə qan azlığında da faydalıdır. 

Antibakterial özəlliyi sayəsində ağızdakı bakteriyaları məhv edir, pis nəfəs qoxusunu aradan qaldırır.

Saçların uzanmasına kömək edir. 

Dəridəki yaşlanma əlamətlərini gizlədir. 

Heyva az kalorili meyvələr siyahısındadır. Onun glisemik indeksi də aşağıdır. Bunun üçün qan şəkərini yüksəltmir. 

Uzun müddət tox saxlayır. Həzmi asanlaşdırır. Bu sayədə arıqlamaya kömək edir. 

Ancaq heyva yeyərkən miqdarına mütləq diqqət etməlisiniz. Bir böyük heyvanın birdəfəyə qəbulu səhhətiniz üçün problemlərə yol aça bilər.