Əbədi yorğunluqdan xilas edən qırmızılar FOTO

24 Oktyabr, 2019 12:04 | Həyat Tərzi | Baxış sayı: 194
Zoğal
Zoğal

Payız əzginliyinin dərmanı olan məhsulları evdən əksik etməyin

Payız yorğunluğu - bu dincəlməklə belə keçməyən, əzələ, hormon sistemimizi təsiri altına alan bir haldır.  Belə xroniki yorğunluqla mübarizə aparmaq üçün isə bir neçə faktora diqqət etmək kifayətdir.  Xüsusi ilə sağlam qida və yuxu. Bəs payız yorğunluğundan bizi xilas edən məhsullar hansılardır? 

Qırmızı üzüm
Havaların sərinləşməsi, erkən qaralması özü ilə halszılıq, yorğunluq, yuxusuzlq kimi amilləri də gətirir. Ancaq kiçik dəstəklərlə qışa daha gümrah girmək öz əlimizdədir. Bu yolda ən yaxşı savaşçı qırmızı meyvələrdir. Məsələn, üzüm. Enerji bombası olan üzüm yaddaşı gücləndirir, bədəni vitamin və minerallarla təmin edir, immuniteti gücləndirir.

Antioksidantlarla zəngin olan üzümün qabığı və toxumu xüsusi ilə dəyərlidir. Ona gənclik molekulu da demək olar. Üzümü həm meyvə saatında, həm də ara yeməklərdə qəbul etmək olar. Hətta salatlarınızı belə dadlandıra bilərsiz.

Üzüm
Üzüm

İtburnu 
Payızda soyuqdəymə, qrip qaçınılmazdır. Bu həm də depressiv hal, yorğunluğun artması deməkdir. İmmuniteti gücləndirməklə onların fəsadlarını minumuma endirmək isə öz əlimizdədir. Soyuq havaların ən yaxşı dərmanı C vitaminidir. Bu vitamin sitrus meyvələrində boldur.

Xəstəliklərə qarşı ən effektiv təbii yollardan biri də itburnudur. Onun tərkibindəki C vitamini portağaldan belə çoxdur. İmmuniteti gücləndirməklə orqanizmimizi qışa hazırlamağa kömək edir. 

İtburnu
İtburnu

Nar 

Əzələ və oynaq ağrılarını minimuma endirmək üçün nar yeyin. Vitamin mənbəyi olan nar həzm sistemini gücləndirir. metobolizmanı tənzimləyir. B, K vitaminləri, omega-3, dəmir, maqnezium, fosfor kimi maddələrlə zəngindir. Narın həm meyvəsini, həm də suyunu içə bilərsiniz. 

Bu zamanlarda müşahidə edilən yuxusuzluq da adətən maqnezium çatışmazlığı ilə izah edilir. Nar suyu bu problemi də həll edəcək, həm də beyn hüceyrələrinizi güclndirəcək. 

Zoğal 
Xroniki yorğunluqdan uzaq durmaq üçün ən əsas güclü immunitetə sahib olmaq lazımdır. Bunun üçün isə mütləq şəkildə protein, karbohidrat və s. qəbul edilməlidir. Xüsusi ilə likopen və antosiyanin tərkibli qırmızı meyvə, tərəvəzi. 

Məsələn, 100 qram - təqribən 64 kalori olan zoğal boğaz ağrısının bir nömrəli dərmanıdır. Hər gün br ovuc zoğal sizi soyuqlamanın təsirləi ilə yanaşı, stresdən də müdafiə edə, zehninizi gücləndirə bilər.