Uşaqların boyunu uzadan məhsullar

24 Sentyabr, 2019 15:25 | Həyat Tərzi | Baxış sayı: 282
Boy uzadan qidalar
Boy uzadan qidalar

Bunlardan hər gün yemək məsləhətdir

Düzgün qida sağlamlığımızın əsas təməlidir. Xüsusi ilə uşaq yaşlarından başlayan sağlam qida vərdişi gələcək görünüşün formalaşmasında əvəzsiz rol oynayır. Lakin bəzən valideynlər sağlam qidalanmaq adı ilə ciddi səhvlərə yol verirlər. Tanınmış türk dietoloq, sağlam yaşam rəhbəri Gizem Tutar uşaqlarda boyu artıran sağalam qidaları sadalayıb. 

Süd və süd məhsulları

Südün boy uzanmasında xüsusi rolu var. Gün ərzində ən azı 2 stəkan içilməsi məsləhət görülür. Bu boyu uzatmaqla yanaşı, sümükləri də möhkəmləndirir. Daha çox təsirini görmək üçün gecə yuxusundan öncə içilməsi məsləhətdir. Çünki böyümə hormonları gecə fəallaşırlar və süd onların ifrazını sürətləndirir. Qatıq da əsas ağartı məhsulu kimi gündəlik menyuda mütləq olmalıdır. Xüsusi ilə tərəvəz qidalarının yanında. 

Brokoli

Boy uzatmaqla yanaşı həm də immun sistemini qoruyur. Uşaqlar tərəfindən çox sevilməsə də həkimlər qəbul edilməsini şiddətlə tövsiyyə edirlər. 

Çərəz 

Çərəzlər əla kalsium qaynağıdır. Ara yemək olaraq və ya südlə birlikdə qəbul etmək olar. Onların qəbul miqdarı çox önəmlidir. çünki aşırı istifadə çəki problemi yarada bilər. gün ərzində 4-5 qayısı, 2 quru əncir,1 ovuc kişmiş yetərli olacaq. 

Küncüt

Kalsium dəyəri ən yüksək olan məhsullardandır. Lakin tərkibindəki yağın çox olması əlavə təhlükələrə yol aça bilər. Bunun üçün də bəzi günlərdə çörəyi küncütlü  məhsullarla əvəz etmək olar.