Ən yaxşı səhər yeməyi - diqqəti artır, yorğunluq olmur

24 Sentyabr, 2019 11:33 | Həyat Tərzi | Baxış sayı: 176
Səhər yeməyi
Səhər yeməyi

Yaponlar yeyin, amerikalılar isə uzaq durun deyir

Səhər yeməyi üçün ən yaxşı qidanın adı açıqlanıb. Yaponiyalı alimlər bu məhsulun adını müəyyən edə biliblər. Onların fikrincə, bu məhsul bədəni bütün gün enerjili saxlayır və immun sistemini möhkəmləndirir. Bəs bu nədir? - Dondurma. 

Bəli, Kiorina Universiteteinin bir qrup alimi düşünürlər ki, səhər yeməyində dondurma olmalıdır. Yoşixiko Koqinin başçılıq etdiyi qrupun qənaətinə görə, günün birinci yarısında dondurma yemək diqəti gücləndirir və yaxşı əhval yaradır. Bir qrup könüllü səhr yeməyində dondurma yeyib. Nəticədə onlar hadisələrə daha tez reaksiya verə və daha az yorğunluq hiss etmələri ilə fərqləniblər. 

Lakin amerikalı kardioloqlar yapon alimlərinin bu fikri ilə razı deyillər. Onlar deyirlər ki, bu şirniyyatın bir porsiyasında 260 kalori, 23 qram şəkər və 14 qram yağ var. Harvard tibb məktəbinin məlumatlarına əsasən yüksək şəkərli pəhrizlər ürək damar xəstəlikləri riskini artırır. 

Qərb ekspertləri deyirlər ki, əgər səhər yeməyində dondurma olacaqsa bu tərkibində konservantlar və əlavələr olan mağaza dondurması yox, ev istehsalı olmalıdır.