Aşiq olmaq üçün nə qədər vaxt lazımdır?

24 Sentyabr, 2018 09:48 | Həyat Tərzi | Baxış sayı: 126
Sevgililər günü
Sevgililər günü

Alman alimlərdən maraqlı araşdırma

Qarşımızdakı insanın bizim xoşumuza gəldiyini anlamaq üçün beynimizə cəmi 303 millisaniyə lazımdır. Neyrobioloqların yeni araşdırmalarına görə, potensial partnyoru təhlil etmək üçün lazım olan bu müddətin 244 milli saniyəsi onun gender mənsubiyyətini, 59 saniyəsi isə xoşumuza gəlib-gəlmədiyini müəyyən etmək üçündür. Yəni aşiq olmaq üçün saniyənin üçdə biri kifayətdir. 

Almaniyanın Bamberq universitetindən olan professor Klaus-Kristian Karbon bunun üçün kiçik bir təhlil aparıb. O, tələbələrinə 100 fotoşəkil göstərib və onlardan fotodakı insanların cinsini, onları cəzb edən xüsusiyyətlərini qeyd etmələrini istəyib. 

Qiymətləndirmə olduqca sürətli aparılıb və mövcuz geniş yayaılan streotiplərə əsaslanıb. "Bu ədalətsizlikdir. Amma fiziki görünüş, cazibə qarşımızda bütün qapıları aça bilər".