Bu da Avropanın ən böyük məscidi FOTO, VİDEO

24 Avqust, 2019 10:05 | Həyat Tərzi | Baxış sayı: 224
Məscid
Məscid

7 ilə tikilən məscidin minarəsi 63 metrdir

Çeçenistanda Avropanın ən böyük məscidinin açılışı olub. Yeni ibadət evi Şali şəhərində fəaliyyətə başlayıb. Burada eyni anda 30 min insan ibadətlə məşğul ola bilər. Eyvanı da nəzərə aldıqda isə bu say 100 min nəfərə kimi yüksəlir. 

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məscidin açılış mərasimində dini ocağa Məhəmməd Peyğəmbərin (s.ə.s) adının veriləcəyini bildirib. Tədbirdə müsəlman ölkələrindən olan qonaqlar, RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov, Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov iştirak ediblər. Mərasim iştirakçılarının arasında, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti də olub.

Rusiya Prezidenti Vladimir Putin mərasimə toplaşanlara təbrik teleqramı göndərib.

Məscidin tikintisi 7 il davam edib. Onun ərazisi 5 hektara yaxındır. Onun ətrafında hündürlüyü 63 metrə çatan 4 minarə var. Gümbəzin hündürlüyü isə 43 metrdir. Layihənin memarı özbək  Abdukahhar Turdiyevdir. 

Məscid Çeçenistanın mərhum lideri Əhməd Kadırovun 68 illiyi ilə bağlı keçirilən tədbirlər çərcivəsində açılıb. Maliyyəni də də onun adını daşıyan fond təmin edib.

O ağ mərmər və isti havada belə temperaturu stabil saxlamağa kömək edən xüsusi materialla örtülüb.