Siqaretin ən ölümcül növü

24 May, 2019 09:40 | Həyat Tərzi | Baxış sayı: 138
Siqaret
Siqaret

Amerikalı alimlər ağciyər xərçəngi riskini 2 dəfə artıran siqareti tapıblar

Siqaret çəkmək sağlamlıq üçün ən ziyanlı vərdişlərdən biridir. Ancaq çəkilən siqaretin də sağlamlıq üzərində təsirləri fərqlidir. Cənubi Karolina Universitetinin alimləri belə qənaətə gəliblər ki, filtirsiz siqaret sağlamlıq üçün ən təhlükəli olanıdır.

Mütəxəssislər 55-74 yaş arasında on minlərlə siqaret çəkən şəxsin məlumatlarını tədqiq ediblər. Nəticədə bəlli olub ki, filtirsiz siqaretlər ağciyər xərçənginə yoluxmaq riskini 2, ölmək təhlükəsini isə 30 faiz artırır.

Elə filtirli siqaretin özü də onkoloji xəstəliklərin əsas səbəblərindən hesab edilir. Siqaretin "yüngül" və ya nanəli olması da bu riski azaltmır.