Kral gəlinin donu satışda - 30 dollara

24 May, 2018 16:20 | Həyat Tərzi | Baxış sayı: 134
Meqan Markl
Meqan Markl

Geyim 3 rəngdə təklif edilir

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın toyunda geyindiyi paltarının satışı başlayıb. Kral ailəsinin gəlinin geyimi isə cəmi 30 dollardır. Söhbət onun nikah mərasimindən sonra geyindiyi ağ libasdan gedir. 

Kürəyi açıq, uzun, boyundan bağlamalı və yarığı olan geyimi 3 rəngdə almaq olar  -  ağ, qırmızı və bənövşəyi. 

Xatırladaq ki, rəsmi hissədə Meqan "Givenchy"dən, axşam partisində isə britaniyalı model Stella Makkartnidən geyim seçmişdi.