Əlinə təsbeh alıb, başına papaq qoyub...

24 May, 2018 11:00 | Həyat Tərzi | Baxış sayı: 138
Səsgücləndiricilərlə verilən azan
Səsgücləndiricilərlə verilən azan

Azanın vaxtını dəyişənlər cəzalandırılacaq

Ramazan ayında rəsmi təqvimdən kənara çıxanlar cəzalandırılacaq. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, hələlik məscidlərdə azanın müxtəlif vaxtlarda səslənməsi ilə bağlı müraciət daxil olmayıb.

Komitə sədri Mübariz Qurbanlı Azərbaycanda müvafiq icazəsi olmadan dini və yaz mərəsimləri aparan mollalarla bağlı məsələyə münasibət bildirib. O, deyib ki, Azərbaycanda yalnız rəsmi şəkildə təsdiq olunmuş şəxs din fəaliyyət ilə məşğul ola bilər. "Qeyri-qanuni dini mərasim icra etmək qəti qadağandır. Bir nəfər əlinə təsbeh alıb, başına papaq qoyub, əyninə dini qiyafə geyinib, amma rəsmi icazəsi olmadan dini fəaliyyət göstərirsə, bu, qanunsuzluqdur. Bəzən belə şəxslər insanları aldadaraq qeyri-qanuni kəbin də kəsirlər".

Dəfn mərasimlərini belə rəsmi təyinatı olmayan din xadimləri idarə edə bilməz. Lakin bəzən ara mollaları "Quran"ı açaraq fala baxır. Bunu edənlər "Quran"ın özündəki ayənin əleyhinə getmiş olurlar.