Ürəyi qoruyan ən dadlı "dərman"

24 May, 2017 10:51 | Həyat Tərzi | Baxış sayı: 508
Şokolad
Şokolad

O, qocalmanı da ləngidir

Şokolad ürəyi xəstəliklərdən qoruyur. İstiPress-in məlumatına görə, amerikalı, kanadalı və danimarkalı elm adamları yeni araşdırmalarından sonra bunu bir daha təsdiqləyiblər. Bu şirniyyat nəinki xoşbəxtlik hormonlarını artırır, romantik əhval yaradır, həm də qocalma prosesini ləngidir.

Şokoladdan müntəzəm istifadə ürək ritminin pozulmasının qarşısını alır. 

Alimlər illər ərzində minlərlə insanın səhhətini izləyiblər, xüsusilə ürək-damar sistemini.

Nəticədə bəlli olub ki, kişilər həftədə azı 60-90, qadınlar isə 30 qram bu şirniyyatdan yeyəndə aritmiya riski bir neçə dəfə enir. Sohbət 20-30 faizlik azalmadan gedir.

Lakin mütəxəssislər bu faydanın qara şokoladdan əldə edildiyinə diqqət çəkirlər. 

Qeyd edək ki, bundan öncə də qara şokoladın iflic və infarkt riskini azaltdığı bəlli olmuşdu. Bu şirniyyat həm də arıqlamaq istəyənlər üçün əla vasitədir.