Ramazanda COVİD-19-un hədəfi olmamaq üçün qızıl qaydalar

24 Aprel, 2020 15:01 | Həyat Tərzi | Baxış sayı: 137
Ramazan süfrəsi
Ramazan süfrəsi

Bu il müqəddəs Ramazan ayı dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı dövrə təsadüf edir. İndi əsas məqsəd həm oruc tutmaq, həm də immun sisteminin zəifləməsinə imkan verməmək - COVİD-19-un hədəfinə çevrilməməkdir.

Gündəlik 15 saata yaxın ac və susuz qalacağımızı nəzərə alaraq orqanizmimizin gücsüz düşməməsi üçün ehtiyacımız olan zülal, protein, vitamin və minerallar balansının qorunması üçün xüsusi diqqət göstərməliyik. Bunun üçün ilk növbədə mütləq şəkildə imsaka durmaq lazımdır. 

Çünki ac insan iftar zamanı mədəsini daha çox doldurmağa çalışır. Bu isə həzm sistemini pozur, mədədə ağırlıq, bulantı, bağırsaqlarda şişkinlik, köp, qəbizlik yaradır. Bağırsaklarda ise şişkinlik, kabızlık ve gaz gibi problemler oluşabilir. 

Uzun müddətli aclıq qan şəkərini salır, mədə turşuluğunu artırır. halsızlıq, baş ağrıları tez-tez olur.  İmsak zamanı səhər yeməyi qəbul etməyə çalışın. Məsələn yağ, pendir, kəpəkli çörək, pomidor, yulaf, süd, meyvə və s. 

Edilən ən böyük səhvlərdən biri də sürətli və çeynəmədən yeməkdir. Unutmayın ki, beyin doyma əmrini 15-20 dəqiqədə verir. 

Ramazanın qızıl qaydası: 

Maye ehtiyatı üçün gündə 2 litrə yaxın su için 
İftara az yağlı, yüngül yeməklərlə başlayın
Yeməkləri yavaş-yavaş və az porsiya ilə yeyin
Qan şəkərini yüksəldən qidalar yerinə yüngül kəpəkli məhsulları seçin İftarda qızartma və yağlı yeməkləri soyutma, buğlama ilə əvəz edin

Şirniyyat istəyi zamanı un məmultaları yerinə südlü və meyvəli seçimlər edin.
Yüngül idmana davam edin
İftar yeməyi zamanı hər qrup qidadan istifadə etməyə çalışın (həm ət, həm tərəvəzlər)