Qadın 27 illik yuxudan oyandı -şok hadisə

24 Aprel, 2019 11:12 | Həyat Tərzi | Baxış sayı: 141
Koma
Koma

Oğlunun təhlükədə olduğunu düşünən qadın ötən əsrdə düşdüyü komadan çıxıb

Almaniya klinikalarından birində nadir hadisə baş verib. Komada olan qadın düz 27 il sonra ayılıb. 

Birləşmiş Ərəb Əmirliyindən olan Münirə Abdullah 1991-ci ildə 4 yaşlı oğlu ilə birlikdə avtoqəzaya düşüb. Qadının ərinin qardaşının idarə etdiyi maşın avtobusla toqquşub. Bu zaman 32 yaşlı ərəb qadın özünü oğlu Ömərə qalxan etməklə onu ölümdən xilas edə bilib. Ancaq özü ciddi kəllə beyin travması alıb. 

Dərhal xəstəxanaya aparılan qadın bir müddət sonra Londona köçürülüb. Onun həyat əlamətləri minimal olub. Bir müddət sonra isə ailə BƏƏ-yə qayıdaraq müalicəyə davam ediblər. Amma günü-gündən onun vəziyyəti pisləşib. Xüsusi boru vasitəsi ilə qidalanan Münirə 27 il bu bvəziyyətdə qalıb. Müəyyən zaman ərzində ona fizioterafiya müalicəsi icra edilib. Bu yolla qadının əzələlərini tonusda saxlamağa çalışıblar. 

2017-ci ildə qadın Almaniyaya xəstəxanaya köçürülüb. Orada bir neçə dəfə əməliyyat edilib. 

Bu hadisədən bir il sonra Ömər Almaniyadakı xəstəxanada anası yatan palatada tibbi personalla mübahisə etməyə başlayıb. Elə bu vaxt qadın hərəkət etməyə başlayıb. "O düşünüb ki, mən yenə təhlükədəyəm. Bu şok effekti yaradıb. Qəribə səslər çıxarırdı. Həkimlər müayinədən sonra göstəricilərin normal olduğunu dedilər", deyə Ömər bildirib.

Bir neçə gün sonra 27 il komada olan qadın oğlunun adını deyib. Daha sonra isə yenidən danışmağa və dua etməyə başlayıb.