Adi çizburger şok qiymətə satıldı

24 Mart, 2017 11:27 | Həyat Tərzi | Baxış sayı: 89
Çizburger
Çizburger

Əldə edilən gəlir “Pink Caravan” fonduna köçürülüb

Birləşmiş Ərəb Əmirliyində xeyriyyə hərracında dünyanın ən bahalı çizburgeri satılıb.

İstiPress-in məlumatına görə, çizburger rekord qiymətə - 10 min dollara satılıb.

Qıda məhsulunu BƏƏ hökumətinin statistika departamentinin rəhbəri şeyx Məhəmməd Abdulla əl-Tani hazırlayıb.

O, həmçinin xərçəng xəstəliyinə qarşı mübarizə aparan “Pink Caravan” fondunun xoşməramlı səfiridir.

Hərracda 4 burger olub ki, onların hamısını Məhəmməd Abdulla əl-Tani hazırlayıb.

Əldə edilən gəlir “Pink Caravan” fonduna köçürülüb.