Qasırğa Antaliyanı dağıtdı - ölü və yaralılar var - FOTO

24 Yanvar, 2019 18:20 | Həyat Tərzi | Baxış sayı: 235
Antaliya qasırğadan sonra
Antaliya qasırğadan sonra

Təsərrüfat sahələrinə, bina və avtomobillərə böyük zərər dəyib

Antalyada dənizdə başlayan, daha sonra beş kilometr quruya doğru irəliləyən güclü qasırğa bir nəfərin ölümünə, 11 nəfərin isə yaralanmasına səbəb olub.

İstiPress "Haberler"ə istinadən xəbər verir ki, şəhərin Karşıyaka məhəlləsində yaşayan 13 yaşlı Bervan Karakeçi  binanın damından uçan parçaların başına düşməsi nəticəsində ölüb. 

Fırtına bölgədəki təsərrüfat sahələrinə, bina və avtomobillərə də zərər vurub.