Bu ayaqqabının qiyməti adamı şoka salır FOTO

24 Yanvar, 2018 12:38 | Həyat Tərzi | Baxış sayı: 285
Briliyantlarla bəzədilən ayaqqabı
Briliyantlarla bəzədilən ayaqqabı

Briliyantla bəzədilən ayaqqabı par-par parıldayır

Dubayda dünyanın ən bahalı ayaqqabılarından birinin satışı planlaşdırılır. İstiPress-in məlumatına söhbət briliyantlarla bəzədilən hündürdabandan gedir. 

Əl işi olan ayaqqabı 54 karatlıq briliyant və ümumi çəkisi 416 karat olan yaqutla bəzədilib. Dabanı isə qızıl və platindəndir. Bütün qadınların arzusu ola biləcək ayaqqabı bəzədildiyi daşların sayına və fərqliliyinə görə dünyada bir ilkdir. Bu geyim yerli dizayner Jada Dubayın "Royal" kolleksiyasına daxildir.

Bir cüt ayaqqabı üçün ilə yaxın vaxt lazım olub. Zərgərlərin ilham mənbələri isə şahzadə Diana və Qreys Kelli olub. İndi bu gözəlliyi əldə etmək istəyənlər 300 min dollar kimi məbləğdən əl çəkməli olacaqlar. 

Xatırladaq ki, adıçəkilən dizayner daha öncədə bənzər ayaqqabı hazırlayıb. "Şpilka daban" adlandırılan qırmızı qadın ayaqqabısı topuqdan bağlanan olub. Onun məhz bu hissəsi ümumi çəkisi 24 karat olan bahalı daş-qaşla bəzədilib. Rubin və briliyantla bəzədilən bağlama hissəsi tac formasında hazırlanıb. 

300 min dollarlıq ayaqqabı
300 min dollarlıq ayaqqabı