Rusiyalı yumorist Quranı belə təhqir etdi

24 Yanvar, 2017 11:10 | Həyat Tərzi | Baxış sayı: 143
Qurani-Kərim kitabı
Qurani-Kərim kitabı

Hazıda Meddisonun üzrxahlıq videosu hazırladığı bildirilir.

Müsəlmanlar məşhur rusiyalı yumorist və bloger İl Meddisonu müqəddəs “Quran”ı təhqir etdiyinə görə məhkəməyə verəcək.

İstiPress-in məlumatına görə, 2012-ci ildə Sankt-Peterburqda klublardan birində tamaşa zamanı Meddison səhnəyə “Quran” kitabı ilə çıxıb.

Uğursuz “zarafat” əvvəlcədən hazırlanmışdı. Əlində “Quran” olan yumorist səhnədə deyib ki, o, bir dəfə tualetdə kitab oxuyarkən tualet kağızı bitib.

Yumorist bunu deyə-deyə corabı kitabın arasına qoyub.

Blogerin bu hərəkəti müsəlmanları qəzəbləndirib. İl Meddison qaçıb gizlənməyə məcbur olub. Rusiya KİV-nin verdiyi məlumata görə, Meddison üzrxahlıq videosu hazırlayır.