İranın dini liderindən müsəlman tələbələrə çağırış

24 Yanvar, 2017 11:46 | Həyat Tərzi | Baxış sayı: 39
Ayətullah Əli Xamneyi
Ayətullah Əli Xamneyi

Əli Xamneyi İslamı təbliğ etməyə çağırıb

İranın Ali dini lideri Ayətulla Əli Xamneyi Avropada təhsil alan müsəlman tələbələrə müraciət edib. İstiPress-in "Vestnik Kafkaza"ya istinadla verdiyi məlumata görə, dini lider onları İslamın inkişafı üçün daha böyük rol oynamağa çağırıb.

"Siz özünüzə bəraət qazandıra bilmərsiniz. Əzizlərimiz, bu dini, elmi və etik təşkilləşmədən daha artıqdır. Siz öz ətrafınıza təsir edə və daha çox insanı haqq yoluna çəkə bilərsiniz".

Onun sözlərinə görə, bütün müsəlmanların borcu təkəbbürlü derjavalara qarşı İslamın təmiz bayrağını qaldırmaqdır.