1 dəqiqəyə Nokia 6 satılıb qurtardı

24 Yanvar, 2017 20:45 | Həyat Tərzi | Baxış sayı: 169
Nokia 6
Nokia 6

Nokia 6 yenidən satışa qayıdır

Bir vaxtların əfsanə telefon istehsalçısı Nokia, qısa müddət əvvəl rəsmi olaraq telefon bazarına geri qayıdışını reallaşdırıb. İstiPress xarici mətbuata istinadən xəbər verir ki, bu qayıdış elə sürətli baş verdi ki, uzun bir aradan sonra bazara çıxardığı yeni ağıllı telefonu Nokia 6, sadəcə 60 saniyə içində qurtardığı üçün yeni bir rekorda imza atıb. Ancaq 26 yanvar günü Nokia 6, təkrar satışa çıxardılır.

Nokia 6 yenidən satışa qayıdır
Nokia 6 yenidən satışa qayıdır

Bir çox firmanın əksinə göstərilən bu sıx marağı gəlirə çevirməkdənsə qiyməti eyni tutmağı seçən Nokia, cihazı ilk səfərində olduğu kimi yenə 246 dollardan satışa çıxardacaq.

İlk satışda 1 milyon istək olmasına baxmayaraq sadəcə 10 min ədəd cihazın satışa çıxarıldığını xatırlasaq, bu yeni partiyanın çox daha böyük bir kütlə tərəfindən (1.37 milyon şəxsdən çox) satın alınmağa çalışacağını rahatlıqla deyə bilərik. 

Unudanlar üçün Nokia 6-nın texniki detallarını sıralayası olsaq: cihaz 5,5 düyüm böyüklüyündə full HD bir ekrana, snapdragon 430 prosessora, 4 GB RAM – 64 GB daxili yaddaşa, 8/16 MP-lik kamera sensorlarına, 3000 mAh batareyaya və son olaraq Android 7.0 nougat əməliyyat sisteminə sahibdir.