Erməni aşpaz: avropalılar yemək bişirməyi ermənilərdən öyrənib

23 Dekabr, 2017 18:53 | Həyat Tərzi | Baxış sayı: 327
Avropa yeməkləri
Avropa yeməkləri

60-a yaxın Avropa yeməyinin ermənilərə məxsusluğu iddia edilir

Erməni kulinarı Sedrak Mamulyan iddia edib ki, Avropa yeməklərinin əsksəriyəti ənənvi erməni respetləri ilə bişirilir.

İstiPress-in məldumatına görə, “Sputnik Armeniya” portalına müsahibə verən Mumulyan iddia edib ki, həmin reseptləri 11-ci əsrdə ermənilərin Ani çarlığından köçmüş ermənilər aparıb.

“Bizim əcdadlarımız Ani çarlığından Krıma, oradan da Moldovaya, Litvaya, Rumıniyaya və Ukraynaya köçüblər. Bu adamların bizim soydaşımız olduğunu yalnız mətbəx göstərir. Onlar çoxdan erməniyə bənzəmirlər, erməni olduqlarını və erməni dilini xatırlamırlar, katolikliyə ibadət edirlər”,- deyə Mamulyan iddia edib.

Xatırladaq ki, ermənilərin müstəqil olduğunu iddia etdlikləri Ani çarlığı əslində ərəb xilafətinin Ərməniyyə əmirliyinin mərkəzi olub. Ermənilər iddia edir ki, bəs, 885-ci ildə Abbasilərin başı qarışan zaman Ani müstəqil dövlətə çevrilib. Sən demə, erməni müstəqilliyinə 1045-ci ildə baş vermiş Bizans istilası son qoyub. Tarix elmi bunu qəbul etməsə də, həmin illərdə İslamın böyük qəhrəmanı Səlahəddin Əyyubinin mənsub olduğu Rəvvadi ərəb tayfasının Dvin və Anidə hakimiyyətdə olmasını, hətta Səlahəddinin atası Əyyubun Dvində anadan olması dəqiq olsa da, ermənilər iddia edir ki, yox, orda müstəqil erməni dövləti olub.

Ermənilərin uydurduğu "Ani dövləti"
Ermənilərin uydurduğu "Ani dövləti"

Nə isə… Amma bu, göstərir ki, ermənilər artıq üslubu dəyişiblər və adı lavaş və dolma kimi açıq türk sözlərindən olan yeməklərini yox, Avropa yeməklərini oğurlamağa başalyıblar. Düzdür, adı «lov» (lay) və «aş», yəni nazik yemək sözlərindən ibarət türk yeməyini qəfil davranaraq YUŞESKO-da erməni yeməyi kimi qeydiyyatdan keçirə bildilər. Amma dolmada bunu bacara bilmədilər. Buna görə də artıq ünvanı dəyişiblər. Avropalılar xəbər tutana qədər çox gec olacaq.

Amma Sedrak Mamulyanın dediyindən belə anlaşılır ki, ermənilər yalnız Avropa ilə kifayətlənən deyillər. Onun dediyinə görə, indiyə kimi 600-ə yaxın erməni yeməyinin resepti bərpa olunub, yəni dünya xalqlarının 600 yeməyinin resepti oğurlanaraq erməni mətbəxinə məxsus olduğu vurğulanıb.