İştah kəsən 7 məhsul SİYAHI

23 Noyabr, 2019 15:40 | Həyat Tərzi | Baxış sayı: 317
Qatıq
Qatıq

Arıqlamaq üçün motivasiyanız artsın

Zəifləyərkən ac qalmaq qorxusu bir çox adamı pəhriz fikrindən daşındırır. Bu isə çəki itirmək prosesini gecikdirir, motivasiyanı aşağı salır. Amma bəzi qidalar sizi gün ərzində tox saxlamaqla  yemək qəbulunu azaltmağa sövq edə bilər Bəs bunlar hansılardır? 

Yumurta

Gün ərzində az kalorili qidalanmaq istəyirsinizsə mütləq səhər yeməyində yumurta qəbul edin. Həm də iki ədəd. Tərkibindəki keyfiyyətli protein sayəsində uzun müddət tox saxlayacaq. 

Qatıq

Pəhrizlərin baş rolunu ifa edən əsas məhsuldur. Həm protein, həm karbohidratla zəngindir. Bunun üçündə təkbaşına belə bir yeməyi əvəz edə və uzun müddət tox saxlaya bilər. Gündə mütləq 1 stəkan qatıq yeməyə çalışın. 

Qatıq
Qatıq

Südlü və ya sadə qəhvə

Gərgin bir gün keçirmisiniz, yemək yeməyə vaxtınız olmayıbsa qəhvə əsl xilasedici olacaq. Gün ərzində iki fincana kimi az yağlı süddən hazırlanmış qəhvə qəbul etmək olar. 

Qəhvə
Qəhvə

Badam

Yaxtı toxumlar arasında ən uzun müddət tox saxlayanıdır.  1 porsiya üçün 6-10 badam kifayətdir. Onu hətta qəhvə ilə də qəbul edə bilərsiniz. 

Paxlalılar

Bağırsaq sağlamlığı üçün vazkeçilməzdirlər. Həftədə 2-3 dəfə paxlalılar sinfinə aid olan məhsullardan istifadə faydalıdır. Həm uzun müddət tox saxlayacaq, həm də bağırsaqdakı toksik maddələri atmağa kömək edəcək.

Paxla
Paxla

Su

Həyatımızda ən önəmli yerə sahib olan içkidir. Bədən susuz qaldıqda aclıqda olduğu kimi əlamətlər müşahidə oluna bilər.

Su
Su

Limonlu salat

Kifayət qədər toxluq hissini yaşaya bilmirsinizsə yeməklərin yanında mütləq salat yeyein. Həm də limonlu və bol yaşıllıqlı. Tərəvəzlər mədədə doluluq hissi yaradaraq uzun müddət tox qalmağınıza kömək edəcək.